XƏBƏRLƏR
15:13, 27.02.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda növbəti ingilis dilində seminar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ) “Ərik bitkisinin genetik müxtəlifliyinin və şarka xəstəliyinə davamlılığının tədqiqi” (İnvestigation of genetic diversity and sharka disease resistance of apricot plant) mövzusunda seminar keçirilmişdir.

İngilis dilində keçirilən tədbirdə GEİ-nin İmmunogenetika şöbəsinin doktorantı Əminə Rəkidə dissertasiya işinə uyğunolaraq ərik bitkisinin genetik müxtəlifliyinin tədqiqi istiqamətində apardığı işlər və şarka xəstəliyi haqqında məlumatları seminar iştirakçılarının  diqqətinə çatdırmışdır.O, bildirmişdir ki, Azərbaycanda yayılmış ərik bitkisinin genetik müxtəlifliyinin molekulyar markerlərlə tədqiqi ilk dəfə aparılır.

Doktorant,mövzu haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır.

Sonda tədqiqatçıya işlərin yerinə yetirilməsi istiqamətində bir sıra tövsiyələr verilmiş və uğurlar arzulanmışdır. 

 

 

FOTO>>>

 

 

 ©  www.genres.az