XƏBƏRLƏR
16:20, 09.01.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda Qış imtahanları sessiyası başlanmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda magistratura pilləsi üzrə qış imtahan sessiyası keçirilir. İnstitutun “Genetika” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə təhsil alan magistrları yanvarın 9-da  “Seleksiya və toxumçuluğun müasir problemləri” və “Genetikanın müasir problemləri” fənnlərindən imtahan vermişlər. İmtahanlar fevralın 2-dək davam edəcək.

Hal-hazırda “Genetika” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə institutda 6 nəfər magistr təhsili alır. Onlar ümumilikdə 2 ixtisas üzrə 16 fənndən imtahan verəcək. 

 

 

FOTO>>>

 

 

 ©  www.genres.az