Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə “Avropa Nəşr Mətbuat evi” tərəfindən “ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diploma layiq görülmüşdür.
Mükafat tədqiqatçıya tərəvəz-bostan, dənli-paxlalı, taxıl bitkilərinin yerli, introduksiya olunmuş nümunələrinin sitogenetik cəhətdən qiymətləndirilməsinə, üzümün sitogenetik tədqiqatı sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi ixtirasına və ölkənin biologiya elminin inkişaf tarixində, göstərdiyi xidmətlərin əhəmiyyətinə görə təqdim edilmişdir. O, dözümlü və dözümsüz yerli və Amerika üzüm növləriüzərindəsitogenetikitədqiqat işi apararaq filloksera zərərvericisinə qarşı yeni preparatəldə etmişdir.
G.Rasizadənin Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 70-ə yaxın elmi əsəri vardır, məqalələrindən biri 2016-cı ildə “European journal of Technical andNatural Sciences” jurnalında çap olunmuşdur.
Hal-hazırda “Azərbaycanda seleksiyanın aktual məsələlərinin həlli”ndə dənli-paxlalı bitkilərin genofondunu zənginləşdirmək məqsədi ilə ICARDA təşkilatından alınmış yeni formalarda sitoloji işlər aparır.