XƏBƏRLƏR
15:00, 21.11.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda əncir bitkisinin biomüxtəlifliyi mövzusunda seminar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ)“Əncir bitkilərinin biomüxtəlifliyinin qiymətləndirilməsi və onun seleksiya proqramlarında istifadə olunması” (“Assessment of genetic diversity in fig plants and its use in breeding programs”)mövzusunda seminar keçirilmişdir.

İngilis dilində keçirilən tədbirdə GEİ-nin Biotexnologiya şöbəsinin kiçik elmi işçisi Qəmər Qurbanova dissertasiya işinin 1 illik nəticəsini seminar iştirakçılarının diqqətinə çatdırmışdır. O, mövzu haqqında ətraflı məlumat vermiş və seminar iştirakçılarının suallarını cavablandırmışdır. Bundan əlavə tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində bir sıra tövsiyələr verilmiş və məruzəçiyə uğurlar arzulanmışdır.

Qeyd edək ki, bu cür seminarların təşkilində əsas məqsəd doktorant və dissertantlar ın ingilis dilində məruzə etmək bacarığının formalaşdırılmasından ibarətdir.

 

 

FOTO>>>

 

©  www.genres.az