XƏBƏRLƏR
09:50, 09.11.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda Rəhbər heyətin Mülkü Müdafiə məşqi keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Rəhbər heyətin Mülkü Müdafiə məşqi” keçirilmişdir. Məşqdə İnstitutun rəhbər heyəti, şöbə müdirləri, hərbiləşdirilməmiş mülkü müdafiə qüvvələrinin komandirləri – şəxsi heyətlə birlikdə  iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə Fövqəladə hallar komissiyasının sədri, elmi işlər üzrə direktor müavini Naib Əminov açmışdır. O, mülkü müdafiə tədbirlərinin əhəmiyyəti, fövqaladə hadisələr zamanı insanların mühafizəsinin təşkili, həmçinin idarəetmənin çevik və operativ təşkil edilməsindən danışmış, belə hallarda vaxt itkisinin necə ağır nəticələr verə biləcəyini qeyd etmişdir.

Sonra Mülkü Müdafiə qərargah rəisi Eldar Əsədov tədbir iştirakçılarını məşqin məqsədi və sualları ilə tanış etmişdir. O, həm də baş verə biləcək fövqəladə hadisələr,MM planı və həmin plan əsasında öz vəzifə borclarının öyrənilməsi haqqında bəhs etmiş, mövzu ilə bağlı verilən sualları ətraflı cavablandırmışdır.

İdarəetmə orqan və qüvvələrinin “Xəbərdarlıq” sxemi üzrə idarəetmənin təşkil edilməsi bacarığı yoxlanılmış, həm də idarəetmənin təşkili ilə bağlı müvafiq tövsiyyələr verilmişdir.

Fiziologiya şöbəsinin müdiri Ramiz Əliyev, Texnologiya şöbəsinin müdiri Hamlet Sadıqov, Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri Sabir Həsənov məşqin mövzusu ilə bağlı çıxış etmişdirlər.

Tədbirdə yanğın təhlükəsizliyi və yanğının tipinə uyğun tətbiq edilən yanğınsöndürmə vasitələrinin prezentasiyası keçirilmişdir.

Yekunda mülkü müdafiə  hazırlığına dair aidiyyatı tapşırıqlar verildi.

 

 

FOTO>>>

 

©  www.genres.az