18:34, 21.10.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda Mülki Müdafiə dəstələri ilə toplaniş məşqi keçirilmişdi
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda 20 oktyabr 2016-cı il tarixində mülki müdafiə dəstələrinin xəbərdarlıq “Toplanış” məşqi keçirilmişdir.
Məşqə Mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilmişdir. İnstitutun mülki müdafiə qərargahının rəisi Eldar Əsədov məşqin keçirilməsinin əhəmiyyətindən bəhs etmiş,xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanması, Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanmasının vacibliyindən danışmışdır.
Həmçinin dəstənin qarşıya qoyulan məsələlərə aid nəzəri bilikləri yoxlanılmışdır.