B.ü.f.d. Rüstəmov Xanbala Nəriman oğlu
E-mail: xanbala.rustamov@yandex.com
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyyatlar İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rüstəmov Xanbala Nəriman oğlunun Almaniyanın “LAP LAMBERT” nəşriyatında “Генофонд пшеницы (Triticum L.) в Азербайджане” “Azərbaycanda buğdaların (Triticum L.) genofondu” adlı monoqrafiyası nəşr olunmuşdur.
Monoqrafiyada muxtəlif buğda növlərinin genetik ehtiyatlarının son illərdə Azərbaycanda öyrənilməsinin nəticələri öz əksini tapmışdır. Kitabda Respublikamızda buğdaların seleksiyasının tarixi, müasir vəziyyəti və gələcək perspektivləri işıqlandırılmışdır. Burada Azərbaycan mənşəli diploid (T.boeoticum, T.urartu и T.monococcum), tetraploid (Т.araraticum, T.dicоccum, T.turgidum, T.durum и Т.polonicum) və heksaploid (T.spelta, T.compactum, T.aestivum, и T.vavilovii) buğda növlərinin növdaxili polimorfizmi göstərilmişdir. Bundan başqa, kitabda buğdaların biotik və abiotik mühit faktorlarına davamlılığının öyrənilməsinin nəticələri, bərk buğdaların morfofizioloji əlamətləri ilə quraqlığa davamlılığın əlaqələri, toxumların səpindən əvvəl möhkəmləndirilməsinin bərk buğda sortlarının fizioloji göstəricilərinə təsiri, yumşaq buğda sortlarının adaptivlik potensialının tədqiqinin nəticələri verilmişdir. Azərbaycanın qədim yerli və müxtəlif illərdə yaradılmış seleksiya sortlarının Qobustan tarla buğda muzeyində müqayisəli öyrənilməsinin (2010-2015-ci illər) nəticələri işıqlandırılmışdır.
Monoqrafiya elmi işçilər, doktorantlar, kənd təsərrüfatı üzrə mütəxəssislər üçün hazırlanmışdır. Bundan başqa, ondan biologiya və aqrar elmləri üzrə bakalavr və magistrlər uyğun ixtisas kurslarında istifadə edilə bilər.
ISBN: 978-3-659-89377-3