NƏŞRLƏRKitablar
22:39, 01.10.2016
Azərbaycanda filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin tədqiqi və kompleksdavamlı formaların aşkar edilməsi

Bakı, “Müəllim” nəşriyyatı, 2015

Hacı Məmmədtağı oğlu Şıxlinski

E-mail: sh.haci@yahoo.com   

 

Monoqrafiyada üzüm tənəklərinin ən qorxulu zərərvericisi olan fillokseranın biologiyası, müasir sistematikası, yayılması və zərərvericiyə qarşı müxtəlif mübarizə metodları haqqında geniş məlumat verilir. Üzüm bitkisinin məhv olmasında  və tənəklərin köklərinin çürüməsinə səbəb olan mikroorqanizmlərin, yəni ikinci patoloji proses olan çürümədə iştirak edən patogenlərin (göbələk və bakteriyaların)  növ tərkibinin təyini haqqında məlumat verilmişdir. Üzüm sortvə formalarının filloksera və kökçürüdücü mikroorqanizmlərlə sirayətlənməsinin qiymətləndirilməsi məqsədilə respublikada ilk dəfə olaraq kompleks süni yoluxma fonu yaradılmışdır. Kompleks süni yoluxma fonunda 500-dən çox üzüm sort və formalarının immunoloji qiymətləndirilməsi aparılmışdır. Həmçinin təbii fonda 600-dən çox üzüm sort və formalarının əsas göbələk xəstəlikləri ilə sirayətlənməinin fitopatoloji qiymətləndirilməsi həyata keçirilmişdir.

İmmunoloji və fitopatoloji qiymətləndirilmə nəticəsində özünü patogenlərə və zərərvericiyə davamlı və tolerant reaksiya göstərən üzüm sort və formaları seçilmiş, onların köklərinin anatomik quruluş xüsusiyyətləri öyrənilmiş və diaqnostik əlamətlər müəyyən edilmişdir. Diaqnostik əlamətlərin  iki xarakterli olması, yəni birincisi bitkinin genetik xüsusiyyətindən, digəri isə bitkinin patogenlə qarşılıqlı təsiri nəticəsində meydana çıxan diaqnostik əlamətlər olması ilk dəfə olaraq müəyyən edilmişdir.

Monoqrafiyadan entomoloqlar, fitopatoloqlar, mikrobiloqlar, aqronomlar, elmi işçilər, magistrlər və bitki mühafizəsi üzrə ixtisaslaşan tələbələr də istifadə edə bilərlər.

 

ISBN 978-9952-435-52-8    

 

FOTO>>>

 

©  www.genres.az