Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2001
Hacı Məmmədtağı oğlu Şıxlinskiy
E-mail: sh.haci@yahoo.com
Monoqrafiyada fillokseranın biologiyası, sistematikası, yayılması və zərərericiə qarşı, müxtəlif mübarizə üsulları haqqında geniş məlumat verilir. Eyni zamanda kitabda respublikada ilk dəfə kompleks süni yoluxdurma sahəsinin yaradılması və müxtəlif üzüm sort və formalarının kök və yarpaq fillokserasına qarşı immunoloji qiymətləndirilməsi verilir.
Kitabda bir sıra üzüm sort və formalarının köklərinin anatomik quruluşu, filloksera ilə sirayətlənmiş köklərin çürüməsinə səbəb olan mikroorqanizmlər və kompleks davamlı üzüm formalarının səciyyəvi xüsusiyyətləri verilmişdir.
Monoqrafiyadan entomoloqlar, fillokseristlər, aqronomlar, elmi işçilər, aspirantlar və bitki mühafizəsi üzrə ixtisaslaşan tələbələr istifadə edə bilərlər.