AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GENETİK EHTİYATLAR İNSTİTUTU bütün maraqlı tərəfləri, elmi-tədqiqat institutlarını, alim və mütəxəssisləri, doktorant və tələbələri "GENOMIKS: PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR" Respublika Konfransına dəvət edir. Tarix: 14-15 noyabr 2016-cı il Yer: Genetik Ehtiyatlar İnstitutunun akt zalı Ünvan: Azadlıq 155, Bakı, Azərbaycan Konfransda genetik ehtiyatların ən müasir texnologiyalar əsasında öyrənilməsi və mühafizəsi, seleksiya və digər bitki tədqiqatlarında səmərəli istifadəsi üzrə son illərdə respublikada aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri və gələcək perspektivləri təqdim və müzakirə ediləcək. Konfransda plenar və seksiya iclaslarında məruzələr, posterlərin nümayişi nəzərdə tutulmuşdur. Təqdimatlar üçün multimedia vasitələri istifadə ediləcəkdir. Məruzələrin tezisləri konfransın materialları toplusunda dərc ediləcəkdir. Plenar məruzələr Təşkilat Komitəsi tərəfindən seçiləcəkdir. Plenar məruzələrin tam mətnləri AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərində çap ediləcəkdir. Məruzələrin tezisləri və tam məqalələr 15 oktyabr 2016-cı il tarixinə kimi elektron poçtla və ya elektron daşıyıcılarda, eləcə də çap variantında təşkilat komitəsinə təqdim edilməlidir.
KATİBLİK
Ruhəngiz Məmmədova, b.ü.f.d., AMEA Genetik Ehtiyatlar İnstitutu, şöbə müdiri
Sevinc M. Məmmədova, b.ü.f.d., AMEA Genetik Ehtiyatlar İnstitutu, qrup rəhbəri
Ayaz Məmmədov, b.ü.f.d., AMEA Genetik Ehtiyatlar İnstitutu, şöbə müdiri
Əlaqə telefonları: 012 4499221, 050 5327819, 050 4636327, 070 5330493, 055 3316895, 050 2162901
Daha ətraflı məlumat əldə etmək üçün: "Genetik Ehtiyatlar (Konfrans_2016_dəvətnamə)_q.pdf"