Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanların nəzərinə! Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanlar 2016-cı il iyunun 28-dən iyulun 11-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Bakalvr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqına arayış təqdim etməlidirlər). Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcəklər.
- 3x 4 ədəd rəngli fotoşəkil
Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.
Ünvan: Bakı şəh., H.Cavid pros. 115, AMEA-nın Əsas binası, otaq 141.
Tel: (+994 12) 539 30 60
© http://www.science.gov.az/news/open/3892