Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun təşəbbüsü və dəstəyi ilə xarici universitet və elmi mərkəzlərdə biologiya, tibb və aqrar elmlər üzrə təhsil alan magistr və doktorantların, eləcə də tədqiqat işi aparan Azərbaycanlı alimlərin İnstitutun vebinarında məruzələri dinlənilir və gələcək əməkdaşlıq imkanları müzakirə edilir. Bu məqsədlə Çin Xalq Respublikasında doktorantura təhsili alan Allahverdi Şahverənovun institutun vebinarında “Beyin şişlərində xərçəng kök hüceyrələri” mövzusunda təqdimatı dinlənilmişdir. Təqdimat zamanı beyin şişləri, kök hüceyrələr haqqında ümumi məlumat, xərçəng kök hüceyrələri beyin şişlərində, xüsusilə qlioblastoma multiforma tipində mövzular müzakirə edilmişdir. Çıxışdan sonra vebinar iştirakçıları tərəfindən müvafiq suallar verilmiş və təkliflər irəli sürülmüşdür.
A.Şahverənov tezliklə doktorantura təhsilini başa vurub Azərbaycana qayıdacağını və GEİ-də olan imkanlardan istifadə etməklə beyin şişlərinin genetikası üzrə birgə tədqiqatlar aparmaq istədiyini bildirmişdir.
Elmi seminarda GEİ-nin, Azərbaycan Tibb Universitetinin (ATU), Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları və Səudiyyə Ərəbistanın Kral Abdulla Elm və Texnologiya Universitetində elmi tədqiqat işi aparan, biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov iştirak etmişdir.
Qeyd edək ki, A.Şahverənov ATU Müalicə işi ixtisası fakültəsini bitirdikdən sonra Çin Xalq Respublikasının Tongji Xərçəng Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2007-2015-ci Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Dövlət xətti ilə Tibb üzrə doktorantura təhsilini davam etdirir.
Tədris müddətində onun xərçəngin molekulyar biologiyası və neyroelm sahəsinə dair məqalələri nəşr edilmişdir.
Məqalələrindən biri (Isoflurane enhances the malignant potential of glioblastoma stem cells by promoting their viability, mobility in vitro and migratory capacity in vivo) 2016-cı ildə Oxford University Press nəşrli “British Journal of Anaesthesia” jurnalında (İmpakt faktoru İF=4.85) dərc olunmuşdur. Tədqiqat işi dünyanın Top Tibb Mərkəzlərindən olan Stanford Universiteti Tibb Məktəbində və John Hopkins Universitetində fəaliyyət göstərən əməkdaşlarla birlikdə yerinə yetirilmişdir.
7 İyun 2016-cı ildə isə Journal of Neuroinflammation jurnalında (İmpakt faktoru İF=5.4) fəaliyyət göstərdiyi xərçəng mərkəzindəki əməkdaşlarla birgə “Interleukin-6: an emerging regulator of pathological pain” adlı məqaləsi nəşr edilmişdir.
Gənc tədqiqatçının beynəlxalq məqalələrinin siyahısı aşağıda verilmişdir:
1. Han, N., Shahveranov, A., Cheng, Y., Qin, K., Yu, S. Y., & Zhang, M. X. (2014). Effects of connective tissue growth factor (CTGF) gene silencing on the radiosensitivity of glioblastoma. Int J Clin Exp Med, 7(9), 2557-2563.
2. M. Zhu, M. Li, Y. Zhou, S. Dangelmajer, U. D. Kahlert, R. Xie, Q. Xi, A. Shahveranov, D. Ye, and T. Lei, “Isoflurane enhances the malignant potential of glioblastoma stem cells by promoting their viability, mobility in vitro and migratory capacity in vivo” Br. J. Anaesth. (2016) 116 (6): 870-877. doi: 10.1093/bja/aew124
3. Ya-Qun Zhou, Zheng Liu, Zhi-Heng Liu, Shu-Ping Chen, Man Li, Allahverdi Shahveranov, Da-Wei Ye and Yu-Ke Tian, “Interleukin-6: an emerging regulator of pathological pain” Journal of Neuroinflammation 201613:141. doi: 10.1186/s12974-016-0607-6