ELANLAR
18:08, 06.06.2016
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun magistraturasına 2016/2017-ci tədris ili üçün aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edilmişdir

E L A N

 

1. BİOLOGİYA:  060505

    “GENETİKA” – 2 yer

 

2. AQRONOMLUQ: 060702

    “BİTKİLƏRİN SELEKSİYASI” – 2 yer

 

Magistraturada dərslər yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris olunacaq, magistrlər təhsil dövründə və təhsili başa vurduqdan sonra institutda işlə təmin ediləcək. Eyni zamanda, onların elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaları, qrant layihələrində iştirakları, həmçinin xarici ölkələrin müxtəlif tədqiqat mərkəzlərində təcrübə keçmələri üçün lazımi şərait yaradılacaq.

Genetik Ehtiyatlar İnstitutunun magistraturasına qəbul olmaq istəyən bakalavrların seçilməsi məqsədilə müsahibə keçiriləcəkdir.

 

Müsahibə komissiyasının iş vaxtı:

13-17 iyun 2016-cı il tarixlərində hər gün saat 10.00-dan 17.00-dək.

 

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 155, Genetik Ehtiyatlar İnstitutunun binası (Azpetrol yanacaq doldurma məntəqəsinin arxası), 2-ci mərtəbə, Təhsil şöbəsi

Əlaqə nömrələri: (+994 12) 449 92 21

                         (+994 12) 562 98 05

                         (+994 50) 410 82 05

 

 

©  www.genres.az