XƏBƏRLƏR
14:17, 27.05.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq təlim kursu keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ) KEW Kral Botanika Bağlarının (London, Böyük Britaniya) təşkilatçılığı ilə"Mədəni bitkilərin yabanı əcdadlarına aid toxumların toplanması, işlənməsi və mühafizəsi metodları" adlı 5 günlük  beynəlxalq təlim kursu keçirilmişdir. Tədbir Bitki Genetik Müxtəlifliyi üzrə Qlobal Etimad Fondu tərəfindən maliyyələşdirilən və Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının toplanmasına həsr edilmiş beynəlxalq layihəyəyə dəstək məqsədilə təşkil edilmişdir. Təlim kursuna KEW Kral Botanika Bağları, Milenium Toxum Genbankını təmsil edən üçtəlimçi, Dr. Laura Jennings, Dr. Aisyah Faruk, Ms. Roberta Hope rəhbərlik etmişdir.

Beynəlxalq tədbirdə GEİ-nin 16, Gürcüstan Respublikasının Botanika İnstitutunun və Milli Nəbatat Bağının  4 alim və mütəxəssisi mədəni bitkilərin yabanı əcdadlarının öyrənilməsi üzrə ekspedisiyaların hazırlanması, bitki nümunələrinin toplanması, toxum nümunələrinin mühafizə üçün işlənməsi, təmizləmə, qurutma, qorunub saxlanma, sənədləşdirmə və s. üzrə ən müasir metodlarla bağlı öz biliklərini genişləndirmiş və dərinləşdirmişdir. Təlimin bir günü Abşeron-Qobustan ərazilərində toplanma fəaliyyətləri üzrə praktiki məşğələlərə, daha bir günü isə GİS (Coğrafi İnformasiya Sistemi) proqram təminatının öyrədilməsinə həsr edilmişdir.

Bir həftə davam etmiş beynəlxalq təlim kursu gənc mütəxəssislərin lazımi bilik və bacarıqlara yiyələnməsi, müvafiq istiqamətlərdə təcrübə qazanması, həmçinin gələcək elmi əlaqələrin əsasının qoyulması baxımından əhəmiyyətli hadisə olmuşdur.

Sonda iştirakçılara beynəlxalq sertifikatlar verilmişdir.

 

 

FOTO>>>

 

©  www.genres.az