Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə lahiyəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fermerlərlə görüşmüşdür.
O, ADAU-nun Aqronomluq fakültəsində Göy-göl, Gədəbəy, Samux, Şəmkir, Tovuz rayonlarından olan fermerlərinin iştirakı ilə “Kartof sahələrində yayılmış virus xəstəlikləri” mövzusunda seminar keçirmişdir. Tədbirdə kartof bitkisində yayılmış virus xəstəlikləri barədə geniş məlumat verilmiş, ADAU-nun müəllim və tələbə heyətinin iştirakı ilə əkin sahələrinin hazırkı vəziyyəti və real problemlər geniş müzakirə olunmuşdur. Sonda fermerlərin sualları cavablandırılaraq, problemlərlə bağlı bəzi məsləhətlər verilmişdir.