XƏBƏRLƏR
12:15, 04.12.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində təlim kursu həyata keçirmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə lahiyəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar  Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə təlim kursları həyata keçirmişdir. E.Mustafayev təlimdə ilk öncə kartof bitkisində yayılmış virus xəstəlikləri haqqında geniş məlumat verərək kartofun ölkə iqtisadiyyatında rolundan danışmışdır. Daha sonra sahənin xəstəliklərdən mühafizə olunması yollarını izah etmiş, əmələ gəlmiş simptomlar müqayisə olunaraq, virusun təyin olunması üsullarını praktiki halda göstərmişdir. 

 

 

 

FOTO>>>

 

©  www.genres.az