XƏBƏRLƏR
11:48, 04.12.2015
AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev GEİ ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında bağlanmış müqavilə əsasında ADAU-da “Viruslar bitkilərin xəstəlik törədiciləridir”, “Dənli-taxil bitkilərində yayılmış viruslar”, “Paxlalı bitkilərdə yayılmış virus xəstəlikləri”, “Virus xəstəliklərinə davamlılığının öyrənilməsi”, “Virus xəstəliklərinin təyin edilməsi üsulları” mövzusunda mühazirələrlə tələbə və müəllim heyəti  qarşısında çıxış etmişdir. Mühazirələr zamanı xəstəliyin əyani formaları göstərilmiş və bitkilərin virusla sirayətlənməsi, bitki - virus qarşılıqlı əlaqələri, patoloji proseslərin mexanizmləri, davamlı və immun formaların seçilməsi, xəstəliyin yayılmasının minumuma endirilməsi və epifitotiya hallarının qarşısının alınması proseslərinin prinsiplərini izah etmişdir. Eyni zamanda virus mənşəli xəstəliklərin dünyada və Azərbaycanda yayılması, eləcə də bitkilərə vurduğu zərərdən danışmışdır.

 

FOTO>>>

 

©  www.genres.az