Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Türkiyədə 7 günlük elmi ezamiyyətdə olmuşdur. O,2014-TURAGRIC-065 “COMCEC üzvü ölkələrdə kiçik təsərrüfatlar/ailə təsərrüfatları üzrə kənd kooperativlərinin məlumat bazası, şəbəkə əlaqələri və Veb səhifələrinin yaradılması” layihəsi çərçivəsində Ankara şəhərində təşkil olunmuş “İƏT (İslam Əməkdaşlıq Təşkilatı) üzvü olan ölkələrdə Kənd təsərrüfatı kooperativləri" adlı seminar və öyrədici səfərlərdə iştirak etmişdir.
A.Məmmədov seminarda “Azərbaycanın kənd təsərrüfatında istehsal sistemlərinin hazırkı vəziyyəti" mövzusunda çıxış etmişdir.
Seminardan sonra o, Türkiyənin Konya, Kuşadası və İzmir şəhərləri ətrafında fəaliyyət göstərən şəkər çuğunduru yetişdirən kooperativlər, süd kooperativləri, kredit kooperativlərində olmuş, onların idarəetmə prinsipləri ilə yaxından tanış olmuşdur. Həmçinin Bademli kooperativinin Biotexnologiya laboratoriyasında meyvə bitkiləri sortlarının müxtəlif mühitlərdə çoxaldılması ilə bağlı məlumatlar əldə etmişdir.
A.Məmmədov tədbirin sonunda sertifikata layiq görülmüşdür.