XƏBƏRLƏR
16:07, 25.11.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Natiqə Nəbiyeva Türkiyədə ezamiyyətdə olmuşdur.

O, Antalya şəhərində keçirilən 5 günlük “II Beynəlxalq Bitki Seleksiyası” konqresində iştirak etmişdir. Bu mühüm beynəlxalq elmi tədbirdə dünyanın 50-dən çox ölkəsi (Yaponiya, Rusiya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Çin, Hindistan, Fransa, Meksika, ABŞ və s.), onlarla beynəlxalq elm mərkəzi nümayəndə heyətləri, tanınmış alim və mütəxəssislərlə təmsil olunmuşdur. Tədbirdə “Bitki seleksiyası”, “Molekulyar genetika və biotexnologiya”, “Gen mühəndisliyi və genom”, “Bitki genetik ehtiyatları”, “Yağlı və zülallı bitkilər” mövzuları ətrafında geniş müzakirələr aparılmışdır.

N.Nəbiyeva konqresdə “Çovdar kolleksiyasınn genetik müxtəlifliyinin İSSR markerlərlə qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.

 

©  www.genres.az