Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Subtropik bitkilər və üzüm laboratoriyasının müdiri, aqrar üzrə fəlsəfə doktoru Mirzə Musayev Koreya Respublikasında ezamiyyətdə olmuşdur.
Cecu adasının Seoqvipo şəhərində keçirilən 6 günlük “Cecu Sitrus Sərgisi 2015” toplantısında Yaponiya, Hindistan, Misir, Azərbaycan və s. dövlətlərdən nümayəndə heyəti iştirak etmişdir. Tədbirdə sitrus bitkilərinin müasir becərilmə sistemləri və texnikaları barədə məlumatlar verilmiş, nümunələr xüsusi stendlərdə nümayiş etdirilmişdir. M.Musayev toplantıda Koreyanın sitrus bitkilərinin seleksiyası və becərilməsi üzrə məşğul olan alim və mütəxəssislərlə sitrus bağlarının salınması və idarə edilməsi mövzusunda fikir mübadiləsi aparmışdır. Bu müzakirələrdə, həmçinin Azərbaycan Respublikasının Koreya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov yaxından iştirak etmişdir.