XƏBƏRLƏR
20:04, 05.11.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Belarus Respublikasında ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Çoxillik bitkilər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Dilşad Bayramova Belarus Respublikasında ezamiyyətdə olmuşdur. O, Meyvəçilik İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Belarusiyada meyvəçilik: ənənə və müasirlik” mövzusunda keçirilən 4 günlük Beynəlxalq elmi konfransda iştirak etmişdir.

Tədbirin plenar sessiyasında D.Bayramova “Azərbaycanda qərzəkli bitkilərin genofondu” mövzusunda məruzə ilə çıxış etmiş və çıxış iştirakçılar tərəfindən çox maraqla qarşılanmışdır. Məruzədən sonra alim konfrans iştirakçılarına Azərbaycanda qərzəkli bitkilərdən hazırlanmış təamları (paxlava, qozçörəyi, şəkərbura və.s) və Nizami Gəncəvinin portreti təsvir olunan xalçanı təqdim etmiş, dahi şairin elmə həsr etdiyi şeiri səsləndirmişdir.

 

 FOTO>>>

 

©  www.genres.az