17:32, 17.09.2015
İnstitutun doktorantının məqaləsi impakt faktorlu jurnalda çap edilmişdir
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilmişdir.
Doktorant Elçin Hacıyev və institutun müxtəlif şöbələrinin əməkdaşlarının birgə hazırladığı məqalə Springer nəşriyyatına daxil olan Rusiyanın “Genetika” jurnalında dərc olunmuşdur. Məqalədə Azərbaycan Milli Genbankında saxlanılan bərk buğda genotiplərinin genetik müxtəlifliyinin molekulyar markerlərlə identifikasiyasından bəhs edilir. Tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir- EF-2012-2(6)-39/03/3.
Məqalə ilə buradan ( http://link.springer.com/article/10.1134/S1022795415090045 ) tanış olmaq olar.