XƏBƏRLƏR
21:17, 07.09.2015
Genetik Ehtiyatlar İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda çap edilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilmişdir.

İnstitutun “Bitki Fiziologiyası” və “Biotexnologiya” şöbələrinin əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Afət Məmmədova, biologiya elmləri doktoru, professor Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru Sevda Babayeva və biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasovun Serbiyanın Genetika Cəmiyyətinin “Genetika” jurnalında məqaləsi dərc olunmuşdur. Jurnal 1969-cu ildə təsis olunmuş və Genetika sahəsi üzrə nüfuzlu jurnallardan hesab edilir.

Məqalə ilə buradan ( http://www.dgsgenetika.org.rs/abstrakti/vol47no2rad22.pdf ) tanış olmaq olar. 

 

 

©  www.genres.az