Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Kanadanın Toronto Universitetinin təşkil etdiyi 8 həftəlik online “Bioinformatika-1” kursunda iştirak etmişdir. Kursda ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzində (NCBI) saxlanılan genom və transkriptom məlumatlarının müxtəlif alqoritmlərlə analizi, Meqa-6 proqramı, Müqayisəli genomika, Filogenetik analiz, Yeni Nəsil Sekvenserləri, De-novo genom sekvensi, Transkriptom analizi və Metogenomika üzrə mühazirələr dinlənilmiş və praktik dərslər keçirilmişdir. Dərslər Universitetin “Hüceyrə və Sistem Biologiyası” kafedrasının professoru Nicholas James Provart tərəfindən aparılmışdır.
M.Abbasov kursu müvəfəqiyyətlə tamamlayaraq sertifikata layiq görülmüşdür.