XƏBƏRLƏR
01:54, 24.07.2015
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qiymətləndirmə missiyası üzrə mütəxəssisləri Genetik Ehtiyatlar İnstitutunda olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qiymətləndirmə missiyası üzrə mütəxəssisləri Dr. Bultemier Bernd və Dr. İzabel Lapenanıqəbul etmişdir.

Görüş zamanı Z.Əkpərov GEİ-nin tarixi və şöbələri, bitki genetik ehtiyatlarının ex-situ və in-situ saxlanması sahəsində görülən işlər, yeni yarılmış laboratoriyalar  haqqında ətraflı məlumat vermiş, genetik ehtiyatlar sahəsində son dövrlər qəbul edilmiş qanunlar  və dövlət dəstəyi haqqında söhbət açmışdır.

Sonra FAO ilə institut arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Qiymətləndirmə missiyasının məqsədi FAO-nun genetik ehtiyatlar sahəsində apardığı işin üzv ölkələrdə genetik ehtiyatların qorunması və davamlı istifadəsinə verdiyi töhfənin qiymətləndirilməsi, həmçinin iqtisadi, sosial və hüquqi məsələlərin FAO-nun mövcud proqramına yönəldilməsidir.

Daha sonra qonaqlar İnstitutun struktur vahidi olan Milli Genbank və Biotexnologiya şöbəsinin imkanları ilə də tanış olmuş, burada yaradılmış tədqiqat şəraitindən və institutun kadr potensialından məmnun qaldıqlarını bildirmişlər.  

 

FOTO>>>