Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Bakı Dövlət Universiteti (BDU) arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında BDU-nun Biologiya fakültəsinin əyani şöbəsinin “Genetika” ixtisası üzrə III kurs Azərbaycan və İngilis bölmələrinin tələbələri GEİ-nin müxtəlif şöbələrində (Genbank, Biotexnologiya, Dənli taxıl və paxlalı bitkilər, Texnologiya, Bitki fiziologiyası) istehsalat təcrübəsi keçmişlər. Bu müddətdə tələbələrə GEİ-də aparılan tədqiqat işləri, yeni yaradılmış laboratoriyalar, AMEA-da yaradılmış magistratura təhsili və s. haqqında geniş məlumat verilmiş və onlara molekulyar markerlərdən istifadə etməklə bitki genetik ehtiyatlarının pasportlaşdırılması və genetik müxtəlifliyinin qiymətləndirilməsi istiqamətlərində praktik dərslər keçirilmişdir. Dərslər BDU-nun GEİ-də fəaliyyət göstərən “Genetika və təkamül təlimi” kafedrasının filialının əməkdaşları və İnstitutun yüksək ixtisaslı alimləri tərəfindən aparılmışdır.