XƏBƏRLƏR
16:34, 25.06.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı İtaliyada keçirilən Beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun  Subtropik bitkilər və üzüm laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev bu ilin iyun ayında İtaliyanın Bolonya şəhərində keçirilən "Alma bitkisinin Qlobal Mühafizə Strategiyası" mövzusunda beynəlxalq toplantıda Azərbaycanı təmsil etmişdir.

Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun təşkilatçılığı və bir sıra digər beynəlxalq təşkilatların iştirakı ilə keçirilən tədbirdə M.Musayev respublikamızda mövcud olan tumlu (əsasən alma) və digər meyvə bitkilərin yabanı nümunələri və xalq seleksiya sortlarının biomüxtəlifliyi haqqında geniş məlumat vermişdir.

 

©  www.genres.az