XƏBƏRLƏR
16:31, 25.06.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Rusiyada keçirilən XI Beynəlxalq Simpoziumda iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun  Subtropik bitkilər və üzüm laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev bu ilin iyun ayında Rusiya Federasiyasının Puşino şəhərində keçirilən "Yeni və qeyri-ənənəvi bitkilər və onların istifadə perspektivləri" mövzusunda XI Beynəlxalq Simpoziumda təşkilatçıların xüsusi dəvəti ilə iştirak etmişdir.

M.Musayev 5 günlük tədbirdə “Azərbaycanda meyvə bitkilərinin mədəni sortları və onların yabanı əcdadlarının genetik ehtiyatları” başlıqlı təqdimat ilə çıxış etmişdir. Çıxış böyük maraqla qarşılanmış, müxtəlif ölkələrdən olan Simpozium iştirakçıları müvafiq sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyini bildirmişlər.

 

 

©  www.genres.az