XƏBƏRLƏR
16:31, 21.04.2015
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı institutun seminarında iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Mərakeş Krallığının Rabat şəhərində  12 günlük təlim və tədqiqat proqramında iştirakının nəticələrinə dair seminarda çıxış etmişdir.

O, “Genbankların sənədləşdirilməsində informasiyanın idarə olunması, bitkilərdə faydalı əlamətlərin aşkar edilməsində və kolleksiyaların təhlilində istifadə edilən informasiya texnologiyaları”adlı seminarda xatırlatmışdır ki, tədqiqatlar Rabat şəhərində yerləşən Milli Aqrar Tədqiqatlar İnstitutunda (İNRA) Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA) tərəfindən, Bitki Müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (GCDT) maliyyə dəstəyi ilə həyata keçirilmişdir.  

İ.Mirzəliyeva biomüxtəlifliyin qorunub saxlanması və səmərəli istifadəsinə, səciyyələndirmə məlumat bazalarının yaradılmasına cəlb edilən müasir informasiya texnologiyalarının - coğrafi informasiya sistemləri – DİVA GİS və R-platform kimi proqram paketinin statistik təhlillərin aparılmasına tətbiqinin yararlarından və müvafiq proqram təminatının genbank idarəçiliyində informasiya xarakterli problemlərin araşdırılmasında verdiyi imkanlardan danışmışdır.

Gənc mütəxəssis seminar iştirakçılarının suallarını cavablandırmış, tədqiqatların nəticələri geniş müzakirə olunmuşdur.

 

 

FOTO>>>