XƏBƏRLƏR
14:44, 04.02.2015
Genetik Ehtiyatlar İnstitutunun gənc alimi "Gənclər mükafatı"na layiq görülmüşdür

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun gənc alimi mükafata layiq görülmüşdür.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarov Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən 2014-cü ildə uğurlu fəaliyyətinə görə 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə “Gənclər mükafatı” ilə təltif edilmişdir.

Qeyd edək ki, hər il Azərbaycan Gəncləri gününün qeyd olunması münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclər GİN tərəfindən təsis edilmiş “Gənclər mükafatı”nı əldə edirlər. Mükafatın təsis edilməsində məqsəd istedadlı gənclərin əməyini qiymətləndirmək, yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullar yaratmaqdır.

 

FOTO>>>