XƏBƏRLƏR
20:32, 24.12.2014
Genetik Ehtiyatlar İnstitutunun doktorantı Türkiyədə elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Aytac Hümbətova Türkiyədə 1 aylıq təlim kursu keçmişdir.

Kurs Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Çəyirdəkli meyvə bitkilərinin Avropada, Qafqazda və Mərkəzi Asiyada Genetik Müxtəlifliyi” layihəsi çərçivəsində Azərbaycan, Fransa, Türkiyə, Çin və Almaniya dövlətlərinin elmi-tədqiqat institutlarının iştirakı ilə həyata keçirilmişdir.

A.Hümbətova  bu müddətdə İnönü və Ərciyəs Universitetlərinin Əczaçılıq fakültəsində, Gövhər Nəsibə Xəstəxanası Tibbi Genetika bölməsində, eyni zamanda Genom və Kök Hüceyrə mərkəzində Kolon xromotoqrafiyası, Hüceyrə kulturası, qandan və toxumadan DNT və RNT izolyasiyası, qan və sümük iliyindən leykosit izolyasiyası, PCR, Real-Time PCR, xCELLigence, HPLC metodlarını öyrənmişdir. Həmçinin doktorant dissertasiya işinin mövzusuna uyğun bioinformatik analiz üsulları üzrə kurs keçmişdir.  

 

 

FOTO>>>

 

©  www.genres.az