12:28, 26.11.2014
Almaniyanın Julius Kühn İnstitutunun elmi işçisi Azərbaycanda elmi ezamiyyətdədir
Almaniyanın Drezden şəhərində yerləşən Julius Kühn İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vadim Giriçev Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda elmi ezamiyyətdədir. O, Azərbaycana Avropa komissiyasının Mariya Küri Beynəlxalq Tədqiqatçı Mübadiləsi Proqramının STONE layihəsi çərçivəsində səfər etmişdir. G.Vadim 14 günlük ezamiyyət müddətində institutun Meyvə bitkiləri laboratoriyasında meyvə ağaclarının genetik kolleksiyası və yabanı flora ilə tanış olacaq. Həmçinin biotexnologiya şöbəsinin əməkdaşları ilə birgə Azərbaycan və Avropa mənşəli moruq (rubus cinsi) nümunələrinin genetik müxtəlifliyini molekulyar markerlərlə qiymətləndirəcəkdir.