XƏBƏRLƏR
12:47, 01.10.2014
Azərbaycanlı alim Tacikistana ezam olunmuşdur

Azərbaycanlı alim beynəlxalq seminarda iştirak etmişdir.  Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun kənd təsərrüfatı heyvanları şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Tacikistanın Düşənbə şəhərinə ezam olunmuşdur.

“Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyədə heyvan genetik ehtiyatlarının idarə olunmasına dəstək-GCP” layihəsinin yekun seminarında iştirak edən alim “Azərbaycanın kənd təsərrüfatı” mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbirə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), o cümlədən Qazaxıstan, Türkiyə, Tacikistan və Qırğızıstandan olan alim və mütəxəssislər qatılmışdır.

A.Məmmədov səfər çərçivəsində Tacikistanın “Soadat” südçülük kompleksi, qaramal üzrə Respublika Biotexnologiya mərkəzi və heyvanlar üzrə biotexnologiya laboratoriyası ilə tanış olmuşdur. Alim bu müddət ərzində iştirakçı ölkələrin mütəxəssisləri ilə heyvan genetik ehtiyatları sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etmişdir.

 

©  www.genres.az

 

 

 

FOTO>>>