14:58, 05.08.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunun alimlərinin məqaləsi Springer nəşriyyatının "Genetic Resources and Crop Evolution" adlı impakt faktorlu jurnalında dərc edilmişdir.
AMEA Genetik Ehtiyatlar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarovun, Prof. b.e.d. Naib Əminov və Böyük Britaniya Birləşmiş Krallığının Botanika Bağı Şəbəkəsinin "Minilliyin Toxum Genbankı" (Millennium Seed Bank Partnership, Royal Botanic Gardens, UK) Dr. Michiel van Slageren ilə birgə "Distribution and ecological diversity of Aegilops L. in the Greater and Lesser Caucasus Regions of Azerbaijan" adlı məqaləsi Springer nəşriyyatının impakt faktorlu jurnalında dərc olunmuşdur. Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
http://link.springer.com/article/10.1007/s10722-014-0151-0
© www.genres.az