XƏBƏRLƏR
13:07, 31.07.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunun alimlərinin yeni kitabı nəşr olunmuşdur

AMEA Genetik Ehtiyatlar İnstitutunun alimlərinin “Stres və bitkilərin adaptasiyası” adlı kitabı nəşr olunmuşdur. Kitabda abiotik stres amillərinin bitkilərə təsiri, stresə davamlılığın fizioloji-genetik əsasları, davamlılığın mexanizmi,  biomüxtəlifliyin zülal və DNT markerləri ilə qiymətləndirilməsi haqqında geniş informasiya verilmişdir. Eyni zamanda, kitabda müəlliflər tərəfindən buğda, arpa və qarğıdalı bitkiləri üzərində aparılmış tədqiqat işlərinin nəticələri də şərh olunmuşdur. Kitabla buradan tanış olmaq olar. 

 

 

©  www.genres.az