XƏBƏRLƏR
20:41, 24.07.2014
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qaxda tədqiqat işləri aparmışlar

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri biologiya elmləri doktoru Aydın Əsgərov və şöbənin əməkdaşları Qax rayonu, eləcə də İlisu Dövlət Təbiət Qoruğu ərazisində tədqiqat işləri aparmışlar.

Ekspedisiya zamanı qoruğun bitki örtüyü, onun floristik tərkibi öyrənilmiş, zəngin herbari, toxum və digər rüşeym plazması materialları toplanılmış, Azərbaycanın “Qırmızı kitab”ına düşmüş nadir və nəsli kəsilməkdə olan bitkilərin populyasiyalarının vəziyyəti,  ekobotaniki xüsusiyyətləri haqda məlumatlar əldə edilmişdir. Tədqiqatlar meşə, subalp və alp qurşaqlarında aparılmışdır. Bu qurşaqlara aid bir sıra növlərin arealları dəqiqləşdirilmiş, Medicago, Vicia, Lathyrus, Lotus, Coronilla, Trifolium, subalp elementləri olan Gentiana, Senecio, Heracleum, Onosma, Lappula, Centaurea, Chenopodium, Astragalus, Hordeum, Bromus, Orthurus, Asplenium, Polypodium, Campanula, qiymətli dərman bitkilərindən Origanum, Hypericum, Thymus, Digitalis, Stachys, Salvia, Verbascum cinslərinə aid herbari nümunələri toplanmışdır.  

Qeyd edilən herbari materialları institutun herbari fonduna, toxum materialları Milli Genbanka və artırılmaq üçün müvafiq laboratoriyalara veriləcəkdir. 

 

 

FOTO>>>

 

©  www.genres.az