Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Fransanın Aqrar Tədqiqatlar Mərkəzinin (İNRA) və Türkiyənin İnönü Universitetinin alimləri ilə görüşmüşdür. Məqsəd çəyirdəkli meyvə bitkilərinin genetik ehtiyatlarının öyrənilməsi, xəstəliklərə davamlı genotiplərin aşkar edilməsi, ekspedisiya və təlim kurslarının keçirilməsidir.
Görüş zamanı üç qurum arasında biotexnologiya və genomika sahələri üzrə yeni əməkdaşlığın qurulması və gələcəkdə digər beynəlxalq layihələrdə birgə iştirak müzakirə olunmuşdur. Fransalı alim Sylvie Dallot institutda keçirilmiş bitkilərdə yayılan “Şarka xəstəliyinin epidemiyası və virusların genetik müxtəlifliyi” mövzulu seminarda çıxış etmişdir.
Avropa Komissiyasının Mariya Küri Tədqiqatçı Mübadiləsi Proqramının “Avropa, Mərkəzi Asiya və Qafqazda çəyirdəkli meyvə bitkilərinin genetik müxtəlifliyi” layihəsi çərçivəsində Azərbaycana səfər gəlmiş qonaqlar avqustun 15-nə qədər GEİ-nun alimləri ilə birgə tədqiqat işi aparacaq və institutun seminarında çıxış edəcəklər.
© www.genres.az