Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilmişdir. Məqsəd yaradılmış qrupun fəaliyyətinin gücləndirilməsindən ibarət olmuşdur. İclası giriş sözü ilə açan qrupun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov qeyd etmişdir ki, AMEA tərəfindən hər bir institutda viki-qrupun yaradılması qərara alınmışdır. Bu qrupun yaradılmasında əsas məqsəd internetdə Azərbaycan reallıqları ilə bağlı informasiya resurslarının gücləndirilməsidir. O, vurğulamışdır ki, artıq Genetik Ehtiyatlar İnstitutunda viki-qrup fəaliyyətdədir. Qrupun iki üzvü İlhamə Mirzəliyeva və Məhəmməd Eldarov AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 aylıq kurs keçmişlər.
Sonra viki-qrupun üzvü İ.Mirzəliyeva təlimdən qazandığı təcrübə barədə məruzə etmiş və yaratdığı səhifə üzərində əyani şəkildə məlumat vermişdir.
Sonda institutun hər şöbəsindən vikipediyaya məlumatların daxil edilməsi qərara alınmışdır.
© www.genres.az