13:35, 05.07.2014
Genetik Ehtiyatlar İnstitutunun doktorantları mübadilə proqramının qalibi olmuşlar
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin doktorantları Vahid Güvəndiyev və Xarıbül Əzizxanlı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus Mundus Proqramının Cənubi Qafqaz üzrə ALRAKİS II, 2014/2015-ci il müsabiqəsinin qalibi olmuşlar.
Gənc alimlər mübadilə proqramı çərçivəsində Almaniyanın Georq-Auqust Qöttingen Universitetinin Bitki ekologiyası və ekosistemi şöbəsində 10 ay müddətində tədqiqat işləri aparacaqlar. Məqsəd paxlalılar fəsiləsinə aid ərzaq və kənd təsərrüfatı əhəmiyyətli bitkilər üzərində müasir, molekulyar və ekoloji-genetik analiz metodlarının öyrənilməsi, polimorf quruluşa malik növlərin müqayisəli şəkildə tədqiqidir.
© www.genres.az