XƏBƏRLƏR
12:22, 25.06.2014
Zeynal Əkpərov Birləşmiş Krallığın Botanika Bağları Şəbəkəsinin nümayəndələrini qəbul etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru,  aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kyu Botanika Bağları Şəbəkəsinin "Minilliyin Toxum Genbankı" və "Milli Ağac Toxum" layihələrinin koordinatoru Dr. Klare Trivedi və şəbəkənin aparıcı alimi Dr. Elinor Bremanı qəbul etmişdir.

Mədəni Bitkilər üzrə Elmi-Texniki Şuranın sədri Z.Əkpərov, Ekobotanika və sistematika şöbəsinin müdiri biologiya üzrə elmlər doktoru Aydın Əsgərov icrası birgə aparılan beynəlxalq tədqiqat proqramları və layihələrini qonaqlarla müzakirə etmişlər. Müzakirələrdə milli bitki genofondunun toplanması, genbankda mühafizəsi və səmərəli istifadəsi üzrə beynəlxalq proqramlar çərçivəsində görülən işlər yüksək qiymətləndirilmişdir. Beynəlxalq fondlarla yeni ortaq tədqiqat layihələrinin hazırlanması və müvafiq iş planlarının müəyyənləşdirilməsi diskusiyaların başlıca mövzularından olmuşdur.

Görüşdən sonra qonaqlar institutun herbari otağı ilə tanış olmuşlar.

 

FOTO>>>

 

©  www.genres.az