Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov “Ukrayna-Azərbaycan Dostluq Körpüləri” Beynəlxalq Nəşriyyat layihəsinin rəhbəri, “Ukrayna-Azərbaycan elmi əməkdaşlıq” jurnalının redaktoru, Ukrayna-Azərbaycan Ticarət və Kommersiya Palatasının baş direktoru Zahid Vəliəhmədovu qəbul etmişdir.
Görüşdə Z.Vəliəhmədov institutun rəhbərliyinə “Ukrayna-Azərbaycan Dostluq Körpüləri” Beynəlxalq Nəşriyyat layihəsi çərçivəsində aparılan əlaqələndirmə və elmi əməkdaşlıq imkanları barədə geniş məlumat vermişdir. Z.Əkpərov institutun maddi-texniki və kadr potensialı, burada aparılan geniş həcmli tədqiqat işləri haqqında qonağı məlumatlandırmışdır. İki ölkə arasında elmi əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan və planlaşdırılan addımlar, yeni təşəbbüslər və əlaqələrin yaradılmasının verdiyi imkanlarla bağlı fikir mübadiləsi aparılmışdır.