XƏBƏRLƏR
21:34, 09.06.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Gürcüstanda elmi ezamiyyətdə olmuşlar

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Güvəndiyev Vahid, Əzizxanlı Xarıbül və Əsədova Kəmalə 03-06 iyun 2014 tarixlərində Gürcüstanda Tiflis Botanika İnstitutunda elmi ezamiyyətdə olmuşlar. Səfərin məqsədi institutun herbari fondunda Azərbaycan ərazisindən toplanmış paxlalılar fəsiləsinə aid herbari nüsxələrinin tədqiqi və onlara aid məlumatların qeydə alınmasından ibarət olmuşdur. Həmçinin institutun kitabxanasında paxlalılar fəsiləsinə aid gürcü alimlərin müəllifi olduğu monoqrafik əsərlərlə də tanış olmuş və onlar haqda məlumatlar toplamışlar.

 

FOTO >>>

 

©  www.genres.az