XƏBƏRLƏR
10:38, 09.06.2014
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantları Özbəkistanda təlim kursunu uğurla başa vurmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) doktorantları Vəfa Rüstəmova və Aynur Mehtiyeva Özbəkistanın Daşkənd və Karşi şəhərlərində təlim kursu keçmişlər. Kurs GEİ və Livanda yerləşən Quraqlıq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) tərəfindən maliyyələşdirilmişdir.

 Bir aylıq kurs çərçivəsində gənc alimlər buğda bitkisinin xəstəliklərə davamlılığı, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, hibridləşdirmə, kəmiyyət və keyfiyyət əlamətləri üzrə seçmənin aparılması və s. istiqamətlərdə tədqiqat metodotikalarını mənimsəmişlər. Kurs zamanı doktorantlar öz tədqiqat işləri üçün 100 yumşaq buğda nümunəsi seçmişlər və bu nümunələr 3 il ərzində institutda Azərbaycan mənşəli nümunələrlə müqayisəli qiymətləndiriləcəkdir.

Doktorantlar kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülmüşlər.

 

FOTO>>>  

 

 

©  www.genres.az