XƏBƏRLƏR
22:18, 08.06.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Afiq Məmmədov Çexiya Respublikasında ezamiyyətdə olmuşdur.

Azərbaycan  Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Afiq Məmmədov Çexiya Respublikasının Praqa şəhərində 5 günlük ezamiyyətdə olmuşdur.

 O, Praqanın Beynəlxalq Biomüxtəliflik İnstitutu tərəfindən təşkil edilmiş Bitki Genetik Ehtiyatları (BGE) üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) Sənədləşdirmə və İnformasiya İşçi Qrupunun iclasında və BGE-nin inventarlaşdırılması problemlərinə həsr olunmuş Beynəlxalq seminarda Azərbaycanı təmsil etmişdir. İclas və seminarda növbəti illər üçün Avropa məkanında BGE üzrə informasiya sistemlərinin inkişaf istiqamətləri müzakirə və qəbul edilmişdir.

Tədbirlərdə iştirak edən milli əlaqələndiricilər, işçi qrupunun üzvləri, tanınmış alim və mütəxəssislər müvafiq sahələrdə Azərbaycanda aparılan tədqiqatları, o cümlədən Genetik Ehtiyatlar İnstitutunun Avropa Proqramları çərçivəsində fəaliyyətlərini yüksək qiymətləndirmişlər.

 

 

©  www.genres.az