XƏBƏRLƏR
21:37, 08.06.2014
İran İslam Respublikasından olan alimlər AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov İran Ornomental Bitkilər İnstitutunun baş direktoru Dr. Pejman Azadi, İran Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar fiziologiya şöbəsinin professoru Babak Nakhoda və Tehran Universitetinin professoru Mir Masoumini qəbul etmişdir.

Görüşdə məqsəd aqrar biotexnologiya, molekulyar seleksiya, molekulyar fiziologiya, genomika, genetik modifikasiya olunmuş bitkilərin təyini və biotəhlükəsizlik sahələri üzrə əməkdaşlıq əlaqələrinin qurulması olmuşdur.

Görüş zamanı birgə tədqiqatların aparılması üçün Genetik Ehtiyatlar İnstitutu ilə İran Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutu arasında gələcəkdə əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınmışdır.

Görüşdən sonra qonaqlar institutun təcrübə sahəsi və Biotexnologiya şöbəsi ilə də tanış olmuşlar.

 

 

FOTO >>>

 

©  www.genres.az