14:56, 03.06.2014
Biologiya elmləri doktoru Aydın Əsgərov Böyük Britaniyada layihəyə dəvət almışdır
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov “Dünya canlıları konspekti”nin (catalogue of life:2014 Annual Checklist) hazırlanması üzrə layihədə iştirak etmək üçün dəvət olunmuşdur. Dəvət məktubunu dünyanın tanınmış alimlərinin iştirakı ilə Böyük Britaniyada həyata keçiriləcək ITIS layihəsinin icraçı direktoru imzalamışdır.
Alimin digər uğuru ABŞ-ın “Journal of Agricultural Science and Technology” (Kənd Təsərrüfatı Elm və Texnologiya jurnalı) redaksiyasına ekspert seçilməsidir. Elmi resenziyalaşdırılan və ABŞ konqresi tərəfindən indeksləşdirilən nüfuzlu jurnalın rəhbərliyi bu barədə A.Əsgərova təbrik məktubu yazmışdır.