XƏBƏRLƏR
15:36, 02.06.2014
Dr.Zeynal Əkpərov Çin Aqrar Universitetinin əməkdaşı ilə görüşmüşdür

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Çin Aqrar Universitetinin Genomika şöbəsinin müdiri professor Sonq Veininqi qəbul etmişdir.

Görüşdə məqsəd dənli taxıl bitkiləri və onların yabanı əcdadlarının genetik müxtəlifliyinin öyrənilməsi, həmçinin genomika, biotexnologiya və bioinformatika üzrə əməkdaşlıq əlaqələrinin qurulması olmuşdur.

Görüş çərçivəsində dənli taxıl bitkilərinin genetik müxtəlifliyi, pas xəstəliyinə davamlılığı, terminal istilik stresinə davamlılıq və genom sekvensi üzrə birgə tədqiqatların aparılması, beynəlxalq layihələrə və ekspedisiyalara qoşulmaq imkanları müzakirə olunmuşdur.

Görüşdən sonra qonaq institutun dənli taxıl bitkiləri sahəsi və Biotexnologiya şöbəsinin tərkibində yeni qurulmuş Genomika laboratoriyası ilə də tanış olmuşdur.

 

 

©  www.genres.az 

 


FOTO>>>