09:21, 15.05.2014
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Beynəlxalq jurnala ekspert seçilmişdir
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və Sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov ABŞ-ın “Journal of Agricultural Science and Technology” (Kənd Təsərrüfatı Elm və Texnologiya jurnalı) jurnalının eksperti seçilmişdir.
Elmi, resenziyalaşdırılan və ABŞ konqresi tərəfindən indeksləşdirilən jurnal elmi inkişaf məqsədilə rüblük nəşr edilən beynəlxalq tədqiqat jurnalıdır.