XƏBƏRLƏR
09:16, 15.05.2014
Genetik Ehtiyatlar İnstitutunun direktoru a.e.ü.e.d Zeynal Əkpərov Qöttingen Universitetinin əməkdaşını qəbul etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Almaniyanın  Qöttingen Universitetinin “Bitki-Ekologiyası və Ekosistemi” şöbəsinin əməkdaşı Dr.Stefan Meyeri qəbul etmişdir. Görüş çərçivəsində yeni ekoloji botaniki tədqiqat üsullarının öyrənilməsi, biomüxtəlifliyin mühafizəsi və ali bitkilərdən xoruzgülü cinsinin (Adonis L.) monoqrafik tədqiqi sahəsində əməkdaşlıq edilməsi razılaşdırılmışdır. 

Görüşdən sonra seminar təşkil olunmuşdur. Tədbirdə Dr.Meyer öz tədqiqatları barəsində məlumat vermiş və müzakirələr aparılmışdır. Seminardan sonra 3 gün müddətində Abşeron, Siyəzən, Şabran,  Quba, Qusar, Qobustan, Şamaxı, Ağsu, Göyçay, İsmayıllı rayonlarına xoruzgülü cinsi (Adonis L.) və bir çox dərman bitkilərinin toplanılması  məqsədilə ekspedisiya təşkil olunmuşdur.

 

 

©  www.genres.az 

 


FOTO>>>