XƏBƏRLƏR
17:08, 05.05.2014
İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Estoniyada təlim və tədqiqat proqramında iştirakının nəticələrinə dair seminarda çıxış etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Estoniyada 1 illik təlim və tədqiqat proqramında  iştirakının nəticələrinə dair seminarda çıxış etmişdir. O, “Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin yaradılması” adlı hesabat tədbirində xatırlatmışdır ki, tədqiqatlarEstoniyanın Tallin Universitetinin  İnformatika İnstitutundaAvropa Komissiyasının elan etdiyi Erasmus Mundus Proqramının Cənubi Qafqaz üzrə ALRAKIS II Fəaliyyət proqramı çərçivəsindəhəyata keçirilmişdir.

İ.Mirzəliyeva mövzu üzrə yerinə yetirdiyi tədqiqat işləri haqqında ətraflı məlumat vermiş və ilk dəfə yaradılmış Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin ilkin versiyasını nümayiş etdirmişdir. Həmçinin   sistemin yaradılmasında müasir informasiya texnologiyaları vasitələrindən istifadə edildiyini qeyd etmiş, gələcəkdə tam istifadəyə verilməsi üçün onuninkişaf dinamikasından, sistemin həm yerli, həm də xarici tədqiqatçılarüçün  daha  da əlverişli istifadəsi və müəyyən analizlər etmək imkanından, informasiya sisteminin bitki genetik ehtiyatları ilə bilavasitə əlaqəsi olanlar üçün əhəmiyyətindən danışmışdır.

Gənc alim seminar iştirakçılarının suallarını cavablandırmış, tədqiqatların nəticələri geniş müzakirə olunmuşdur. Aparılmış tədqiqat işi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və araşdırmalarındavam etdirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

©  www.genres.az